“Rio-2016”: Azərbaycan boksçusu Lorenzo Sotomayor finala yüksəlib
20.08.2016 [11:09]
Xəbərin mətni
Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşü üçün rinqə çıxıb. Altmış dörd kiloqram çəkidə mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. “Bakı-2015” birinci Avropa Oyunlarının qalibi rəqibini hər üç raundda məğlub edib.