Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiş məbədini 7 mindən çox turist ziyarət edib

22.08.2016 [14:11]

Xəbərin mətni
Şəki öz tarixi-mədəni irsi, abidələri, memarlıq inciləri ilə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. İlin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqlar və beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biri də Kiş kəndində yerləşən qədim alban məbədidir.