Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əfqanıstanda Amerika Universitetinə hücum: 12 ölü, 44 yaralı

25.08.2016 [10:35]

Xəbərin mətni
Əfqanıstan xüsusi ordu dəstələri Kabildə Amerika Universitetinə hücum etmiş silahlı şəxslərin tutulması məqsədilə əməliyyat keçirib. Amerika universitetinə hücum nəticəsində 12 nəfər həlak olub, 35-i tələbə olmaqla 44 nəfər yaralanıb. Həlak olanlardan 7-nin tələbə olduğu bildirilir.