“Qarabağ” “Höteborq”a qarşı cavab görüşünə çıxacaq
25.08.2016 [13:57]
Xəbərin mətni
Avqustun 25-də UEFA Avropa Liqasında pley-off mərhələsinin növbəti matçları keçiriləcək.
Azərbaycan çempionu “Qarabağ” da turnirdə qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq.
Təmsilçimiz səfərdə minimal hesabla (0:1) məğlub olduğu “Höteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.