Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı ustanın bacarığı Türkiyə mediasının marağına səbəb olub

03.09.2016 [14:54]

25 yaşlı azərbaycanlı usta Aqşin Quliyevin internetdə yayılan videosu onu Türkiyə mətbuatında da məşhurlaşdırıb. Türkiyənin “haberturk” saytı piano çalan azərbaycanlı inşaat ustasının bu videosunun qısa müddətdə milyonlarla insanın izlədiyini bildirir.