MƏDƏNİYYƏT


Azərbaycanda yeni komediya filmi - ANONS

Azərbaycanda "Məlikməmməd və Ziba" adlı yeni komediya çəkilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur. Film Mingəçevir və Bakı şəhərlərində lentə alınıb. Komediyanın süjet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, gülüş doğuran, komik vəziyyətlərdən ibarətdir. Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.