MƏDƏNİYYƏT
Xalq Artisti Fidan Hacıyeva “Arşın mal alan”dakı duetə klip çəkdirib
19.09.2016 [16:19]
Xəbərin mətni
Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyev dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Vəli ilə Tellinin duetini yeni tərzdə dinləyicilərə təqdim ediblər. “Pulun var?” adlı duet 3 dildə - Azərbaycan, rus və ingilis dilində ifa edilib.