Naxçıvanda “Plov” və “Yallı” festivalları keçiriləcək
28.09.2016 [15:54]
Xəbərin mətni
Sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcək.
Festivallarda milli mətbəximizin incisi olan plov nümunələri nümayiş etdiriləcək, qədim yallılarımız ifa olunacaq. “Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaqlar.