AZƏRTAC-ın Azərbaycan haqqında xəbərləri EFE vasitəsilə ispandilli ölkələrdə yayılacaq
28.09.2016 [19:50]
Xəbərin mətni
AZƏRTAC və İspaniyanın EFE agentliyi xəbər, foto və video informasiya mübadiləsi həyata keçirəcək, bu əməkdaşlıq çərçivəsində Azərbaycan haqqında xəbərlər ispandilli ölkələrdə yayılacaq. Bununla bağlı məsələlər EFE-nin redaktoru Karmen Klara Rodrigez ilə AZƏRTAC-da keçirilən görüşdə müzakirə olunub.