Azərbaycan Dövlət İnformasiya Agentliyi

10 yaşlı qızın adı gənc istedadların “Qızıl kitabı”na düşüb

08.10.2016 [13:21]

Dünya şöhrətli fransalı müğənni Lara Fabianla bir səhnəni bölüşən balaca qızı yəqin ki, xatırladınız. Hər kəsi öz səsi və cəsarəti ilə təccübləndirən bu balaca istedad 10 yaşlı Fidan Hüseynovadır. Fidanın adı dövlət başçısının sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq xüsusi aylıq təqaüdə layiq görülən istedadlar arasında yer aldı.