Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkinin turizm xəritəsində yeni ünvan: “Marxal” müalicə-istirahət kompleksi

08.10.2016 [15:37]

Xəbərin mətni
Qədim tarixə, bənzərsiz təbiətə, əlverişli iqlim şəraitinə malik olan, dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri, özünəməxsus adət-ənənələri və yumoru, milli-mətbəxi ilə məşhur olan Şəki artıq ölkəmizin ən çox maraq kəsb edən turizm mərkəzlərindən birinə çevrilib. Bu qədim diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.