CƏMİYYƏT


Bu il Gəncə Avtomobil Zavodunun məhsulları ilk dəfə xaricə ixrac olunub

İstehsal sahələrinin əsasını kənd təsərrüfatı texnikalarının yığımı təşkil edən müəssisə əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də müxtəlif adda və modellərdə texnikaların yığımını davam etdirib. Cari ildə müəssisədə 703 ədəd müxtəlif modeldə traktor, 119 ədəd müxtəlif modeldə “MAZ”, 100 ədəd “KamAZ”, 167 ədəd “URAL” avtomobilləri yığılaraq istifadəyə verilib. Bu müddətdə həm də 142 ədəd qoşqulu su çəni, traktor üçün 6 ədəd kotan, 5 ədəd DEM modeldə eskovator yığılıb.