Moskvada Azərbaycanın Müstəqillik Günü qeyd edilib
19.10.2016 [17:46]
Xəbərin mətni
Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təntənəli qəbul olub.
Tədbiri ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb. O xatırladıb ki, bu il Azərbaycan üçün yubiley ilidir. İyirmi beş il əvvəl Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edilib.