CƏMİYYƏT


Azərbaycan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasında mühüm rol oynayır

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdə olub. “Çin Dəmir Yolları”nın sədr müavini Yan Yudun ilə görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı əldə olunan razılaşmaların əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da dərinləşməsinə öz töhfəsini verdiyi vurğulanıb.