Türkiyə prezidenti duyğulandı
02.11.2016 [20:24]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda təşkil olunan “İslam Əməkdaşlıq Təşkilatına üzv Ölkələrin İnkişafında qadınların rolu konfransı”nda nümayiş olunan “15 iyul qadınları” adlı bədii-sənədli filmi izləyərkən göz yaşlarını saxlaya bilməyib. Birinci xanım Əminə Ərdoğan və baş nazir Binəli Yıldırımın xanımı Semiha Yıldırım da duyğulu anlar yaşayıblar. VİDEO: NTV