Yaponiyada güclü zəlzələdən sonra sunami xəbərdarlığı edilib
22.11.2016 [11:11]
NHK televiziya kanalının yaydığı məlumata görə, Miyaqi prefekturasının Senday limanında 1,4 metr hündürlükdə sunami dalğaları qeydə alınıb.
Regionda yerləşən prefekturaların yerli hakimiyyət orqanları əhaliyə sunami təhlükəsi barədə xəbərdarlıq göndərərək təxliyyə olunmağı tövsiyə ediblər.