DÜNYA


Təyyarə qəzasında həlak olan braziliyalı futbolçuların 5 gün əvvəlki qələbə sevinclərinin videosu yayılıb

Bu gün Kolumbiyada təyyarə qəzasında həlak olan Braziliyanın “Şapekoense” futbol klubunun üzvlərinin 5 gün əvvəlki qələbə sevinclərinin videosu yayılıb. Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliya futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Medelin hava limanına çatmağa az qalmış qəzaya uğrayıb. Qəzada beş nəfər - klubun qapıçıları Danilo Padilya və Cekson Folmann, müdafiəçisi Alan Rusşel, stüardessa Ximena Suares və braziliyalı jurnalist Rafael Xenzel sag qalıb.VİDEO: The SPORT Bible