SİYASƏT


Ermənistan silahlı qüvvələrinə məxsus daha bir PUA məhv edilib

Müdafiə Nazirliyi bildirir ki, dekabrın 12-də cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.