Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb

16.12.2016 [12:29]

“Art Tower” qalereyasında keçirilən sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının “START” layihəsi çərçivəsində baş tutub. 30-a yaxın rəssamın iştirak etdiyi sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri, rəngkarlıq, qobelen, heykəltəraşlıq nümünələri təqdim olunub.