DÜNYA


ABŞ-da yolların buz bağlamasına görə 145 avtomobil toqquşub

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində kəskin hava şəraiti ilə əlaqədar 145 avtomobil toqquşub. Şəhər polisinə qəzalarla bağlı 200 məlumat daxil olub. Əlverişsiz hava şəraiti səbəbindən Baltimorun hava limanında 143 reys təxirə salınıb, 125 reys isə ləğv edilib.