Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyetnamın Mobi TV kanalında “Azərbaycan həftəsi” keçirilib

19.12.2016 [14:25]

Xəbərin mətni
Vyetnamın Mobi TV ANTG kanalı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə efirdə “Azərbaycan həftəsi” təşkil edib. Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və dəstəyı ilə həftə ərzində Azərbaycan haqqında silsilə verilişlər yayımlanıb, bədii və sənədli filmlər, konsert proqramları nümayiş olunub.