Berlində yük maşını kütləyə çırpılıb, azı 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb
20.12.2016 [00:39]
Xəbərin mətni
Berlində yük maşınının Milad bazarında iştirak edən insanlara çırpılması nəticəsində azı 10 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, yük maşınının sürücüsü avtomobili Milad bazarının təşkil edildiyi səki ilə insanların üstünə sürüb.
Hadisənin terror aktı olub-olmaması araşdırılır.