Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbhədə atəşkəs 29 dəfə pozulub

20.12.2016 [09:54]

Xəbərin mətni
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, işğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.