DÜNYA


Xərçəng xəstəsi olan 5 yaşlı uşaq polis oldu

Türkiyənin Qaziantep şəhərində yaşayan Ziya Yusif Can Mermer adında 5 yaşlı uşağın arzusu gerçəkləşib. “Bir adam, bir ümid, əl ələ” adlı xeyriyyə dərnəyinin üzvləri xəstəxanada olarkən Yusifə də baş çəkirlər və valideynlərindən onun arzusunun polis olmaq olduğunu öyrənirlər. Dərnək üzvləri daha sonra balaca Yusifin arzusunun gerçəkləşməsinə nail olublar.