Tarzən Zamiq Əliyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
22.12.2016 [20:25]
Xəbərin mətni
Dekabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq Artisti, tanınmış tarzən Zamiq Əliyevin yaradıcılığına həsr olunmuş “Ömür təranələri” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Mədəniyyət” kanalı ilə Mahnı Teatrının birgə təşkil etdiyi tədbirdə sənətkarın ömür yolundan, Azərbaycan musiqisinin, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətindəki xidmətlərindən bəhs edən videomaterial təqdim olunub.