MƏDƏNİYYƏT


AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının rəssamı fəxri adına layiq görülüb

FIAP dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Fəxri adların təsis edilməsi haqqında qərar 1954-cü ildə qəbul edilib. Bu ada əsərləri FIAP-ın himayəsi ilə keçirilən beynəlxalq müsabiqələrdə bədii və texniki sənətkarlıq baxımından tanınan fotoqraflar layiq görülür. FIAP-ın rəssamı adını almaq üçün Direktorlar Şurasının və bədii komissiyanın üzvlərinin böyük əksəriyyətinin qərarı lazımdır.