DÜNYA


Afrikalı futbolçu rəqib qapısını ovsunladı və qol vurdu

Ruanda çempionatı çərçivəsində keçirilən oyunların birində maraqlı hadisə baş verib. "Rayan Sports" klubunun hücumçusu Mussa Kamaran "Mukura Sport" klubunun qapısını ovsunlayıb. Birinci hissənin sonunda o, rəqib qapısına qaçaraq ora əli ilə nə isə edib. Rəqib komandanın üzvləri bundan qəzəbləniblər. Maraqlısı isə odur ki, ikinci hissənin əvvəlində Kamaran qol vuraraq hesabı bərabərləşdirib. Bu görüşdən sonra Ruanda Futbol Federasiyası matçlar zamanı ovsun etməyə qadağa qoyub. Bu qaydanı pozan klub 120 dollar cəzalandırılacaq və ona texniki məğlubiyyət veriləcək.