Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin növbəti təxribatını kəskin şəkildə pisləyir
29.12.2016 [18:07]
Xəbərin mətni
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatı və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir.