DÜNYA


Qüdsdə yük maşını kütləyə çırpılıb, 4 nəfər ölüb

Qüdsdə yük maşınının insanların üzərinə sürülməsi nəticəsində 3 nəfər ölüb. Hadisə nəticəsində 20 yaşlarında olan 3 qadın həlak olub, yük maşınını sürən şəxs isə hərbçilər tərəfindən zərərsizləşdirilib. Həmçinin 15 nəfərin yaralanmasına səbəb olan hadisə polis tərəfindən terror aktı kimi dəyərləndirilib. Hüquq-mühafizə orqanları terrorçunun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparıldığını bildirib.