Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Şəkil çəkdirmək üçün pələngi qandalladılar

11.01.2017 [15:43]

Çində yerləşən sirkdə pələngin başını və bədənini elə bağlayıblar ki, ziyarətçilər onun üstünə çıxıb şəkil çəkdirə bilsinlər. Bu video sosial şəbəkələrdə sərt tənqid olunub və yırtıcının belə vəziyyətə salınması qəzəb doğurub.