SİYASƏT


Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı daha bir reportaj yayımlayıb

AZƏRTAC xəbər verir ki, reportajda ölkəmizin turizm imkanları haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycan Şərq ilə Qərbin, Asiya və Avropa mədəniyyətlərinin qovuşduğu məkandır. Azərbaycan hökuməti ölkədə turizmin inkişafı məqsədilə hərtərəfli proqram həyata keçirir. Müəllif, həmçinin son illər Azərbaycana səfər edən ərəb turistlərin sayının artmasından söhbət açır.