CƏMİYYƏT


Pirallahı Sənaye Parkında yeni əczaçılıq zavodunun təməli qoyulub

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin iştirakı ilə keçirilmiş tədbirdə “Caspian Pharmed” əczaçılıq zavodunun yaradılmasına dair “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” Şirkətlər Qrupu və İranın “TPİCO Holding” Şirkətlər Qrupu arasında Səhmdarlar Sazişi imzalanıb.