CƏMİYYƏT


Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi davam etdirilir

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, avtomobil yolunun uzunluğu 14 km, eni isə 7-9 metr arası dəyişir. Yol 12 metrə qədər genişləndirilərək 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1.1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1.5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.