Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da gəlin toya dinozavr paltarında gəldi

28.01.2017 [13:04]

ABŞ-ın Karolina ştatında Elizabet və Tomas Gardner cütlüyü toylarını fərqli qeyd etməyi planlaşdırıblar. Bəy gözləmədiyi sürprizlə qarşılaşıb. Gəlin ənənədən kənara çıxaraq gəlinlikdə deyil, dinozavr paltarında gəlib. Bu qeyri-adi qarşılaşmanın görüntülərini məşhur fotoqraf Con Klark öz şəxsi Facebook səhifəsində paylaşıb. Videonu 4 gün ərzində 2 milyon 500 mindən çox insan izləyib.