Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avtobus təyyarəyə çırpıldı - İstanbulda

10.02.2017 [11:34]

stanbulun Atatürk hava limanında sərnişinləri daşıyan avtobus "Türk Hava Yolları"nın təyyarəsi ilə toqquşub. Qaziantep-İstanbul aviareysini həyata keçirmiş təyyarə park edildikdən sonra sərnişinləri aparmağa gələn avtobus hava gəmisinin ön hissəsinə çırpılıb. Hər hansı xəsarət qeydə alınmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.