Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmən minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaratanlardan da istifadə etməklə atəşkəsi 37 dəfə pozub

13.02.2017 [10:00]

Xəbərin mətni
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və qumbaratanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.