DÜNYA


Dominikanlı jurnalistləri canlı yayımda güllələyiblər

Dominikan Respublikasında yerli radiostansiyanın jurnalistləri canlı yayımda güllələnib. AZƏRTAC xəbər verir ki, “The Guardian” qəzetinin yaydığı məlumata görə, insident San-Pedro de Makoris şəhərində baş verib. Bir qrup silahlı şəxs 103FM radioqovşağına soxularaq əməkdaşlara atəş açıb. Atəş səsləri “Facebook” sosial şəbəkəsinə qoyulan canlı yayımın fraqmentlərində də aydın eşidilir.