Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistandakı partlayışın görüntüləri yayıldı

16.02.2017 [23:35]

Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar Mavzoleyində törədilən partlayış nəticəsində həlak olanların sayı 70 nəfəri keçib, 150-dən çox insan yaralanıb. Terror aktını kamikadze ölüm kəmərini partlatmaqla törədib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.