SİYASƏT


AZƏRTAC: 97 il informasiya məkanında

Təxminən bir əsrə yaxın müddət ərzində mürəkkəb və şərəfli yol keçən agentliyin salnaməsinə 2016-cı ildə yeni bir uğur səhifəsi yazıldı. AZƏRTAC eyni vaxtda iki böyük tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan mötəbər beynəlxalq tədbirlərdə 80 ölkədən 130 xəbər agentliyinin 200-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT-UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak etdilər.