MƏDƏNİYYƏT


Kuba televiziyası Azərbaycan haqqında 10 hissəli sənədli film hazırlayır

Havana kanalının “Mədəniyyət xəbərləri” buraxılışında efirə getmiş reportajda bildirilib ki, Azərbaycan mədəniyyəti ilə bağlı çəkiləcək 10 hissəli sənədli filmin birinci hissəsi xalqımızın əziz bayramı olan Novruz bayramına, milli mətbəximizə, qədim adət-ənənələrimizə həsr ediləcək. Məlumatda xalqımızın Novruz bayramı ilə bağlı adətlərindən, bayram çərşənbələrinin rəmzi mənalarından bəhs edilib.