Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib

02.03.2017 [18:24]

Xəbərin mətni
Müdafiə Nazirliyi bildirir ki, martın 2-də günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI