Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzun cəbhəyanı kəndlərindəki vəziyyət AZƏRTAC-ın obyektivində

11.03.2017 [16:12]

Xəbərin mətni
AZƏRTAC-ın çəkiliş qrupu cəbhədəki vəziyyəti lentə almaq məqsədilə Tovuz rayonunun düşmənlə həmsərhəd kəndlərində olub. Çəkiliş qrupu yol boyu erməni gülləsindən dəlmə-deşik edilmiş evlərə rast gəlib. Hətta tikintisi başa çatmayan evlər erməni atəşinə məruz qalır. Kənd sakinləri deyirlər ki, əvvəllər atəşkəs gün ərzində 20-30 dəfə pozulurdusa, indi artıq yüzü keçib.