Prezident İlham Əliyev “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti ilə görüşüb
13.03.2017 [12:36]
Xəbərin mətni
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikola Şamüsi ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirildi.