Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Prezidenti George İvanov ilə görüşüb
16.03.2017 [16:53]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Makedoniya Respublikasının Prezidenti Georgi İvanov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Makedoniya Prezidenti Georgi İvanovun V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Makedoniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd etdi.