İçərişəhərdə “Bahar qalası” Novruz şənliyi keçirilib
19.03.2017 [15:51]
Xəbərin mətni
Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdikləri “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və oyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunub. Qonaqlar, həmçinin müxtəlif ölkələrin milli mətbəxinin ləziz nümunələri ilə tanış ola, eləcə də Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biliblər.