CƏMİYYƏT


Minlərlə soydaşımız Quba soyqırımı məzarlığına yürüş edib

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etməyə gəliblər. Martın 31-i Quba soyqırımı məzarlığına yürüş təşkil olunub. Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz yürüşdə iştirak edərək soyqırımı qurbanlarını xatirəsini ehtiramla anıblar.