CƏMİYYƏT


Bakının mərkəzində yeni yolun tikintisi yekunlaşır

Bakıda uzunluğu 1.1 km olan və Yusif Səfərov küçəsinə paralel salınan yeni yolda tikinti işləri yekunlaşır. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda yolun asfaltlanması işləri aparılır ki, bu işlər də sona çatmaq üzrədir. Məlumatda bildirilir ki, asfaltlanma işlərinə paralel olaraq hazırda ərazidə piyada səkiləri inşa edilir. Bundan sonra yolun işıqlandırılması üçün işıq dirəklərinin quraşdırılmasına başlanılacaq.