CƏMİYYƏT


Yusif Səfərov küçəsinin daha bir hissəsi təmir edilir

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə paytaxtın Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 metrlik hissəsində “Azəravtoyol” ASC tərəfindən təmir işləri aparılır. Bununla əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.