CƏMİYYƏT


Yevlaxda 6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu layihəsidir. Artıq 18 km uzunluğunda olan avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. “Azəravtoyol” ASC-dən verilən məlumata görə, hazırda avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur.