Düşmən qarşısında sipər olan Tapqaraqoyunludan REPORTAJ
07.04.2017 [16:19]
Xəbərin mətni
Goranboyun Tapqaraqoyunlu kəndi cəbhə xəttində yerləşən iri yaşayış məntəqələrimizdən biridir. Kənd strateji mövqedə yerləşdiyi üçün erməni silahlı dəstələri bir neçə dəfə buraya hücum edib. Hər dəfə də Azərbaycan Ordusunun və yerli sakinlərin müqaviməti ilə qarşılaşan düşmən ağır cavab zərbəsi alaraq geri çəkilməyə məcbur olub.